Şəmkir şəhərində güzəştli mənzillərin inşasına başlanılır
24 fevral 2026 | 12:28
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, ilk olaraq kompleksin inşası üçün 5.76 ha torpaq sahəsində ilkin layihə-smeta sənədləri hazırlanacaq. Bundan sonra layihənin həyata keçirilməsinə start veriləcək.
Belə ki, MİDA layihələndirilmə işlərinin icrasını "Era Design Group" MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.






