Şəmkir şəhərində aparılan genişmiqyaslı təmir-tikinti və yenidənqurma işlərinə baxış keçirildi.
29 may 2025 | 17:18
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda genişmiqyaslı təmir-tikinti və abadlıq işləri uğurla davam etdirilir. Bununla əlaqədar olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Prezident Administrasiyasının məsul əməkdaşı Elvin Azadəliyev şəhərin müxtəlif ərazilərində aparılan işlərlə yerində tanış olublar.
Şəmkir şəhərinin Səməd Vurğun və Həzi Aslanov küçələrində görülən işlərə baxış zamanı bildirilib ki, təmir-tikinti işləri çərçivəsində hazırda fərdi yaşayış evlərinin fasadlarının və hasarların rənglənməsi, yararsız dam örtüklərinin dəyişdirilməsi işləri aparılır. Görülən işlər zamanı tarixi alman evlərinin taxta məhəccərləri, pəncərələri və digər elementləri orijinal üslubda bərpa olunur.
Qeyd olunub ki, sözügedən işlərin şəhərimizin Mirzə Ələkbər Sabir və Nizami Gəncəvi küçələrində də aparılması nəzərdə tutulur.
RİH başçısı Rəşad Tağıyev və PA-nın məsul əməkdaşı Elvin Azadəliyev Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində aparılan yenidənqurma və əsaslı təmir işləri ilə də tanış olub, eyni zamanda Şəmkir Şəhər Parkında görülücən işlərə yerində baxış keçiriblər.
Təhsil müəssisəsində yaradılan şəraitlə tanışlıq zamanı iş icraçıları tərəfindən bildirilib ki, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür imkanlar yaradılıb. 1100 şagird yerlik 2 korpusdan ibarət məktəb binasında akt və idman zalı, laboratoriya, yeməkxana, həmçinin məktəbin ərazisində futbol meydançası da müəllim və şagirdlərin istifadəsinə veriləcək.