Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində abadlıq işləri davam etdirilir

03 dekabr 2025 | 10:13

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 2025-ci il üzrə tərtib edilmiş fəaliyyət planına uyğun olaraq abadlıq işlərinin aparılması davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhərdə aparılan abadlıq işlərinin gedişatı ilə tanış olub.
RİH başçısına məruzə olunub ki, icra edilən layihə çərçivəsində Şəmkir şəhərinin Cahangir Əliyev (8-ci küçənin davamı), Tofiq İsmayılov ( 9-cu küçə), İsmət Qayıbov (10-cu küçə), Rəşad Yusibov (Maşallah Marketin qarşısından 16-cı küçəyə qədər olan hissə) küçələri, eləcə də Səməd Vurğun küçəsinin işıqfordan Yasamal aşırımlarına kimi olan hissəsi abadlaşdırılması nəzərdə tutulub.
Görülən işlər çərçivəsində divarların suvanması, fasadların və metal səthlərin boyanması, o cümlədən divarların aqlay materiallarla üzlənməsi və həyata keçirilir. Layihənin növbəti mərhələsində Şəmkir şəhərinin Gədəbəy rayonu istiqamətindən girişinin abadlaşdırılması, həmçinin Mərkəzi Parkda və Xəqani İbrahimli adına parkda uşaq oyun meydançasının yaradılması, idman qurğularının yerləşdirilməsi planlaşdırılır.
İcra başçısı işlərin yüksək keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Keçidlər