Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhəri M.Füzuli adına tam orta məktəb-liseydə "Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq" mövzusunda keçirilən maarifləndirici tədbir

10 oktyabr 2024 | 15:12
Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – Dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, azyaşlılarla iş üzrə inspektor, polis kapitanı Xəyal Əliyev və digərlərinin çıxış etdiyi tədbirdə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edənlər dini radikal və ekstremist meyillərin tarixi, təbliğatı və hədəf kütlələri barədə məlumat verərək, bu kimi neqativliklərdən qorunmaq naminə dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.
Radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini vurğulayıblar. Dini radikalizm və ekstremizmin fəsadlarını, gənclərin radikal meyillərdən qorunmasında həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə yeniyetmə və gənclərin sağlam mühitdə yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Dini cəhalətin, dini xürafatın, dini fanatizmin radikalizm və ekstremizmə yol açdığı, həmçinin, dini ekterimizmin dünyada meydana gətirdiyi fəlakətlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini sahədə tolerantlıq mühitinin qorunması, qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, eyni zamanda dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının qarşısının alınmasının önəmindən danışılıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Keçidlər