Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH və rayon Fövqaladə Hallar Komissiyasının MƏLUMATI

27 may 2023 | 16:54
Ötən gün axşam saatlarında əsən güclü külək və intensiv yağan yağışlar Şəmkir rayonunun bir sıra kəndlərində fəsadlar törədib.
Şəmkir RİH və rayon Fövqaladə Hallar Komissiyası məlumat verir ki, əsasən, avtomobil yoluna, elektrik və rabitə təsərrüfatına qismən zərər dəyib.
Belə ki, əsən güclü külək və intensiv yağan yağışlar nəticəsində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində iki küçədə elektrik naqilləri, Zəyəm Cırdaxan kəndi ərazisində iki ədəd transformator sıradan çıxaraq yararsız hala düşmüş, həmin ərazilərdə, həmçinin Çinarlı qəsəbəsi, Aşağı Seyfəli və Nərimanlı kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranmışdır.
Könüllü kəndi ərazisində isə sel gəlməsi səbəbindən bir sıra əkin sahələri sel sularının altında qalmışdır.
Məlumat üçün bildiririk ki, aidiyyəti qurumların, idarələrin əməkdaşları və texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Hazırda bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Eləcə də sel suları nəticəsində zərər görmüş avtomobil yolları təmizlənib və hərəkət üçün maneələr tamamilə aradan qaldırılıb.
Keçidlər