Şəmkir RİH və rayon Fövqaladə Hallar Komissiyasının 𝐌Ə𝐋𝐔𝐌𝐀𝐓𝐈 𝐐𝐀𝐘𝐍𝐀𝐑 𝐗Ə𝐓𝐓: 112, (+99450) 295-74-44 , (+99450) 295-74-45
05 iyun 2023 | 11:28
Ötən gün axşam saatlarında əsən güclü külək və intensiv yağan yağışlar Şəmkir rayonunun bir sıra kəndlərində fəsadlar törədib.
Şəmkir RİH və rayon Fövqaladə Hallar Komissiyası məlumat verir ki, əsasən, avtomobil yoluna, elektrik və qaz xətlərinə, rabitə təsərrüfatına qismən zərər dəyib.
Məlumat üçün bildiririk ki, güclü külək və intensiv yağan yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün gecə saatlarından Şəmkir RİH yanında Fövqaladə Hallar Komissiyası, FHN-nin Gəncə Regional Mərkəzi, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsi, 25 saylı Yol İstismar İdarəsi və digər aidiyyəti qurumların əməkdaşları, texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Hazırda rayonun 4 yaşayış məntəqəsi istisna olmaqla bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Eləcə də sel suları nəticəsində zərər görmüş avtomobil yolları təmizlənib.
Hörmətli sakinlərimiz,
Aidiyyəti qurumlar tərəfindən məlumat verilir ki, bölgəmizdə intensiv yağışlar yaxın günlərdə də davam edəcək. Fövqaladə Hallar Nazirliyi xəbərdarlıq edir ki, təhlükəsizlik tədbirlərinə əməl edin.
Evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı və pəncərələri möhkəm bağlayın. Əgər intensiv yağışlar zamanı yaşadığınız evi su basmaq ehtimalı varsa, korlana biləcək əşyalarınızı zirzəmidən çıxarıb təhlükəsiz yerə yığın. Evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan onları yandırmayın, kibrit və digər od mənbələrindən istifadə etməyin.
Təhlükə zamanı aşağıdakı Qaynar Xətt nömrələrinə zəng edin!
FHN:
𝟏𝟏𝟐
Fövqaladə Hallar Komissiyası:
(+𝟗𝟗𝟒𝟓𝟎) 𝟐𝟗𝟓-𝟕𝟒-𝟒𝟒, (+𝟗𝟗𝟒𝟓𝟎) 𝟐𝟗𝟓-𝟕𝟒-𝟒𝟓