"ŞƏMKİR RİH MÜRACİƏT ETDİ MƏRKƏZİ BANK ŞƏHİD QARDAŞLARIN AİLƏSİNƏ DƏSTƏK GÖSTƏRDİ"
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü həm hərb meydanında, həm də siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı.
Bu tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır.
Bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Şəmkir rayonunda Azərbaycanımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin ailələri, vətənin azadlığı uğrunda qazi olan qəhrəman övladlarımız hər zaman xüsusi diqqətdə saxlanılır.
Bütüb bu işlərin daha operativ və zaman itirilmədən həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti mütamadi olaraq dövlət və özəl təşkilatlarla əməkdaşlıq edir, bu sahədə əlaqələr genişləndirilir.
Bu işlərin bir parçası olaraq Şəmkir RİH Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmiş, Mərkəzi Bank tərəfindən rayonun Yeniabad kəndindən olan şəhid Çingiz və Cavid Məmmədov qardaşlarının atası İlham Məmmədovun adına olan kredit öhdəliyi ləğv edilmişdir.
Qeyd edək ki, gizir Çingiz Məmmədov və gizir Cavid Məmmədov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Şəmkir RİH kollektivi və bütün şəmkirlilər adından Mərkəzi Banka göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk.
#AzərbaycanRespublikasıMərkəziBankı, #ŞəmkirRİH #ŞəhidlərÖlməz #VətənBölünməz #QəhrəmanlarUnudulmur