Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH-də vətəndaşların növbəti fərdi qəbulu keçirilib - 04 mart 2024

04 mart 2024 | 09:28
Şəmkir Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə sakinlərin növbəti qəbulu keçirilib, müraciətləri dinlənilib.
Şəhid ailələri, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Sakinlər tərəfindən edilən müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Keçidlər