Şəmkir RİH-də vətəndaşların növbəti fərdi qəbulu keçirilib - 15 aprel 2024
15 aprel 2024 | 17:37
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Sakinlər tərəfindən edilən müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.
Müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula ((050) 511-21-61) Qaynar Xətt nömrəsinə zəng vuraraq və ya elektron qaydada (rih.gov.az) yazıla bilərlər.