Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH-də könüllülərdə görüş keçirildi

21 avqust 2024 | 15:50
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev RİH-də könüllü fəaliyyətini başa vuran və yeni qoşulan gənclərlə görüşüb.
İcra başçısı bildirib ki, bu gün Şəmkir RİH-də gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq və rayonumuzda könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə könüllülərin cəlb olunması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə rayon İcra Hakimiyyətində gənclərin könüllü kimi fəaliyyətinə hər zaman şərait yaradılır, onların praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılması üçün dəstək göstərilir.
Könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünya görüşünün genişlənməsində rolunu vurğulayan Rəşad Tağıyev icra hakimiyyətinin fəaliyyət istiqamətləri, gələcək layihələr, xüsusilə gənclərlə bağlı həyata keçirilən proqramlar barədə məlumat verib.
Görüşdə çıxış edən könüllülər İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını, bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd edib və onlar üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda rayon rəhbəri könüllü gənclərə xüsusi sertifikatlar təqdim edib, onlara həyatda və gələcək işlərində uğurlar arzulayb.
Keçidlər