Şəmkir RİH başçısının fərdi növbəti qəbulu keçirildi -06.08.2025-ci il
06 avqust 2025 | 10:44
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini fərdi qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.
Qeyd edək ki, vətəndaşlar RİH başçısının qəbuluna ((070) 257-00-71) Qaynar Xətt nömrəsinə zəng vuraraq və ya elektron qaydada (rih.gov.az) yazıla bilərlər.






