Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH başçısı yanında Fövqaladə Hallar üzrə Komissiyanın iclası keçirildi, Kür çayındakı mövcud vəziyyətə yerində baxış oldu

29 iyun 2022 | 10:10
Bildiyiniz kimi, son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur.
Bütün bunları nəzərə alaraq, bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin sədrliyi ilə RİH başçısı yanında Fövqaladə Hallar üzrə Komissiyasının müşavirəsi keçirilib.
Müşavirədə son günlərdə hava şəraitinin kəskin dəyişməsi, intensiv dolu və leysan yağışları nəticəsində çaylarda, xüsusilə də Kür çayında suyun kəskin artması ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi müzakirə olunub.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək Kür çayının səviyyəsinin artması ilə əlaqədar çayın rayon ərazisindən keçən hissəsində yarana biləcək fövqaladə hadisələrin qarşısının öncədən alınması, strateji əhəmiyyətli obyektlərdə qabaqlayıcı tədbirlərin gücləndirilməsi üçün aidiyyəti idarə, müsəssisə və təşkilatlara tapşırıqlar verib.
Eyni zamanda icra başçısı mövcud vəziyyətlə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin təşkil olunması, hər hansı bir fövqəladə hallarla əlaqədar mülki-müdafiə xidmət və qüvvələrin hazır vəziyyətdə olmasının vacibliyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədən sonra Rəşad Tağıyev Kür çayı sahilindəki mövcud vəziyyətlə yerində tanış olub.
İcra başçısına bildirilib ki, hazırda çayda suyun səviyyəsi artsa da, Kür çayının rayon ərazisindən keçən hissəsində hər hansı bir təhlükə yaradacaq vəziyyət müşahidə olunmayıb.
Rəşad Tağıyev Kür çayının yaxınlığında olan obyektlərdə, ərazilərdə aidiyyəti təşkilatların diqqətli olmasını və bu barədə əhaliyə mütəmadi məlumatların verilməsinin vacibliyi ilə bağlı müvafiq tapşırıqlar verib.
Keçidlər