Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH başçısı vətəndaşları qəbul edib

17 may 2022 | 10:32
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini fərdi qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Sakinlər tərəfindən edilən müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib
Keçidlər