Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayonunun Makroiqtisadi Göstəriciləri - Ümumi məhsul buraxılışı

11 avqust 2026 | 10:28

2026-cı ilin yanvar-iyun aylarında Şəmkir rayonunda ümumi məhsul buraxılışın həcmi 701 744,6 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.

Ümumi məhsul buraxılışının həcmində özəl sektorun payı artaraq 94,9 faiz təşkil edib. ÜMB-nin strukturunda istehsal sahələrinin xüsusi çəkisi 82,5 faiz, xidmət sahələrinin çəkisi isə 17,5 faiz olub.

Respublikanın ən iri aqrar rayonlarından biri olan Şəmkirdə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərdə kənd təsərrüfatının payı 75,7 faiz, sənayenin payı 6,0 faiz, ticarət sahəsinin payı isə 18,3 faiz təşkil edib. 

Keçidlər