Şəmkir Rayonunun Makroiqtisadi Göstəriciləri - Sənayə
14 noyabr 2025 | 17:24
2025-ci ilin yanvar-sentyabr aylarında Şəmkir rayonunda 64 627,2 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.
Sənaye məhsulunun həcmində özəl sektorun payı ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz artaraq 41.5 faiz təşkil edib.
Ən ciddi artım emal sektorunda qeydə alınıb. Belə ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artaraq 26939,4 min manat olub.






