Şəmkir Rayonunun Makroiqtisadi Göstəriciləri - informasiya və rabitə xidmətləri
11 mart 2024 | 13:15
Şəmkir rayonunda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-dekabr aylarında göstərilən xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artaraq 2566,1 min manat təşkil etmişdir. Xidmətlərin 1577,9 min manatı (61,5 faizi) əhali tərəfindən istifadə olunmuşdur. İnformasiya və rabitə xidmətlərinin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 57,0 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 43,0 faiz təşkil etmişdir.