Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayonunun Makroiqtisadi Göstəriciləri - 2025-ci ilin altı ayı üzrə ümumi məhsul buraxılışı

05 avqust 2025 | 15:45
𝟐𝟎𝟐𝟓-𝐜𝐢 𝐢𝐥𝐢𝐧 𝐲𝐚𝐧𝐯𝐚𝐫-𝐢𝐲𝐮𝐧 𝐚𝐲𝐥𝐚𝐫ı𝐧𝐝𝐚 𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐫𝐚𝐲𝐨𝐧𝐮𝐧𝐝𝐚 Ü𝐌𝐁-𝐧𝐢𝐧 𝐡ə𝐜𝐦𝐢 𝟕𝟓𝟕 𝟔𝟖𝟒,𝟒 𝐦𝐢𝐧 𝐦𝐚𝐧𝐚𝐭 𝐭ə𝐬̧𝐤𝐢𝐥 𝐞𝐝𝐢𝐛.
 
Dövlət Statistika Komitəsinin 2025-ci ilin altı ayı üzrə açıqladığı məlumatların təhlili göstərir ki, Şəmkir rayonunda iqtisadiyyatın inkişafı davam edir.
2025-ci ilin yanvar-iyun aylarında Şəmkir rayonunda ümumi məhsul buraxılışın həcmi 757 684,4 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.
Sevindirici haldır ki, dövlət tərəfindən sahibkarlığın inkişafı istiqamətində görülən işlər Şəmkir iqtisadiyyatında da öz real nəticələrini verməkdədir. Belə ki, ümumi məhsul buraxılışının həcmində özəl sektorun payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artaraq 94,9 faiz təşkil edib. ÜMB-nin strukturunda istehsal sahələrinin xüsusi çəkisi 83,5 faiz, xidmət sahələrinin çəkisi isə 16,5 faiz olub.
Respublikanın ən iri aqrar rayonu olan Şəmkirdə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərdə kənd təsərrüfatının payı 75,8 faiz, sənayenin payı 6,8 faiz, ticarət sahəsinin payı isə 15,7 faiz təşkil edib.
Keçidlər