Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə ilaxır çərşənbə qeyd olunub

18 mart 2025 | 16:00
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı əsgər və zabitləri bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb, onlara çətin və şərəfli xidmətlərini yerinə yetirilmələrində müvəffəqiyyətlər arzulayıb.
Digər natiqlər də çıxışlarında Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı qüvvələrinin bugünki gücündən, qüdrətindən danışıb, ordumuzla qürur duyduqlarını bildiriblər.
Novruz şənliyində folklor kollektivlərinin və musiqiçilərin ifasında hərbçilərə maraqlı konsert proqramı təqdim olunub.
Novruzun atributları olan Kosa və Keçəlin şən zarafatları, məzhəkəli oyunları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Keçidlər