Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda taxıl biçininə start verildi - İcra başçısı işlərin gedişatı ilə tanış oldu

20 iyun 2022 | 09:45
Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə taxılçılığın inkişaf etdirildiyi ərazilərdən biri də Şəmkir rayonudur. Burada son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon ərazisində olan təsərrüfatlarda taxıl biçinin gedişatı, eyni zamanda şəkər çuğunduru, qarğıdalı sahələrində təsərrüfat sahibləri ilə görüşür, onların istək və arzularını dinləyir.
Təsərrüfatlara baxış zamanı icra başçısına məlumat verərək bildirilib ki, qısa müddət ərzində biçinə başlanılmasına baxmayaraq ötən illə müqayisədə bu il daha yüksək məhsuldarlıq əldə olunub.
Qeyd edək ki, Şəmkir rayonunda cari ilin məhsulu üçün 14 min 193 hektar sahədə buğda və arpa, 299 hektar sahədə şəkər çuğunduru, 1680 hektar sahədə isə qarğıdalı əkilmişdir. Rayonda cəmi əkilmiş taxıl sahəsinin 300 hektarı dəmyə sahələrdə, 13 min 893 hektarı suvarılan torpaqlarda əkilmişdir. İyun ayının 2-ci yarısından etibarən həmin sahələrdə biçin işlərinə başlanılmışdır
Keçidlər