Şəmkir rayonunda şagird təhlükəsizliyinin təmin olunmasına həsr olunmuş tədbir təşkil olunub
Tədbirdə məktəbdaxili və məktəbətrafı mühitdə təhlükəsizliyin gücləndirilməsi, risk faktorlarının müəyyənləşdirilməsi, zorakı halların qarşısının alınması və kibertəhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olub.
Müzakirələr zamanı vurğulanıb ki, şagirdlərin təhlükəsiz, sağlam və keyfiyyətli təhsil mühitində formalaşması əsas prioritetdir. Bu istiqamətdə əlaqəli fəaliyyətin gücləndirilməsinin vacibliyi qeyd edilib, təkliflər dinlənilib və şagird təhlükəsizliyinin təmin olunması sahəsində əsas hədəflər müəyyən edilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax–Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi, eləcə də məktəb rəhbərləri və psixoloqlar iştirak ediblər.
Tədbir dialoq formatında təşkil olunub, müzakirələr qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Sonda məktəb rəhbərlərini və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.






