Şriftin ölçüsü :

Saytın rəngi :

Səmkir rayonunda qış mövsümünə hazırlıqla bağlı iclas keçirildi

21 noyabr 2025 | 16:50

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin rəhbərliyi ilə keçirilən iclasda mövsümlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparıldı.
RİH başçısı Rəşad Tağıyev qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər və qarşıda görülməsi vacib olan məsələlər haqqında ətraflı məlumat verib, rayonun təhsil və səhiyyə müəssisələrində mövsümə hazırlıqla bağlı görülən işlərlə maraqlanıb.
İcra başçısı bildirilib ki, rayon təsərrüfatının qış mövsümünə hazır olması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb.
Qeyd edib ki, son illər ərzində ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində mühüm işlər görülüb, bütün xidmət sahələrində müasir infrastruktur yaradılıb. Bu gün əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə edərək qış mövsümünə hazırlıq işlərini vaxtında və yüksək keyfiyyətlə başa vurmaqdır.
İclasda əlaqədar qurumların rəhbərləri qış mövsümünə hazırlıqla bağlı məruzə ilə çıxış ediblər.
Sonda icra başçısı görülən işləri sürətləndirmək, mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlarını verib.

Keçidlər