Şəmkir rayonunda iftar süfrəsi təşkil olunub
İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Şəmkir rayonunda iftar süfrəsi təşkil olunub.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak ediblər.
İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs olunub və şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları da ailə üzvlərinə təqdim olunub.
Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.