Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda ictimai-iaşə və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

31 may 2023 | 11:59
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş görüşdə sahibkarların qarşılaşdıqları çətinliklər və həlli yolları, maliyyə resurslarına çıxış, yeni biznesin qurulmasına dəstək və digər məsələlər müzakirə olunub.
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində biznes subyektlərinin çətinlikləri və ehtiyacları dinlənilib, onlar müvafiq sahədə qanunvericilik və dəstək mexanizmləri barədə məlumatlandırılıb.
Eyni zamanda bu sahəyə dövlət dəstəyi mexanizmləri, yeniliklər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər