Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda “Heydər Əliyev və Azərbaycan qadınları” mövzusunda konfrans keçirildi

09 oktyabr 2023 | 10:04
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan qadınları” mövzusunda konfrans keçirilib.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayonun idarə, müəssisə, təşkilatlarında çalışan fəal qadınlar iştirak ediblər.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva
bildirib ki, Azərbaycan qadınlarının hüquq və mənafelərinin qorunması, eləcə də ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəsna xidmətlər göstərmiş, onun müəyyənləşdirdiyi qadın siyasəti bu gün də dövlət quruculuğu prosesinin əsas prioritetlərindən birinə çevrilib.
Ulu öndərin uzaqgörən siyasəti prezident cənab İlham Əliyev, eləcə də Azərbaycan qadınlarının ən parlaq təmsilçisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Məruzə ətrafında rayonda təhsil sahəsində uğur və nailiyyətlər, reproduktiv sağlamlığın qorunması, gender bərabərliyi, məişət zorakılığı halları, qadınların məşğulluq məsələləri, qızların təhsildən yayınması, erkən nikahların fəsadları ilə bağlı problemlərdən söhbət açılıb, müvafiq təkliflər səsləndirilib.
Konfransın yekununda Şəmkir rayonunda erkən nikahın qarşısının alnmasında göstərdikləri dəstəyə görə RİH başçısının “Təşəkkürnamə”si təqdim edilib.
Keçidlər