Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına xidmət edir" - 𝐀𝐭𝐚𝐛ə𝐲𝐝ə 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥

28 avqust 2023 | 11:02
 
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir.
Növbəti səyyar qəbul Atabəy kəndində keçirildi.
İcra başçısı sakinlərə Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib.
Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir: “Bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq”.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər