Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda görkəmli oftalmoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib

29 aprel 2024 | 09:37
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının akt zalında keçirilən tədbirdə çıxış edənlər görkəmli oftalmoloq - alim akademik Zərifə Əliyevanın keçdiyi ömür yolundan danışıb, Zərifə Əliyevanın Azərbaycan elmində, ictimai-siyasi həyatında müstəsna yerə sahib olduğunu qeyd ediblər.
Bildirilib ki, akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər. Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurub.
Çıxış edənlər Zərifə Əliyevanın bütövlükdə tibb elminin inkişafına verdiyi töhfələrin bundan sonrakı dövrlərdə də öz əhəmiyyətli nəticələrini verməkdə davam etməkdə olacağını qeyd ediblər.
Tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 14 fevral tarixində andiçmə mərasimində müraciətləri içərisində qeyd etdiyi vacib məqamlardan birinin-gənclərin milli dəyərlər üzərində yetişdirilməsinin məhz akademik Zərifə Əliyevanın, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlılığının göstəricisi olduğu xüsusilə vurğulanıb.
Tədbirdə Zərifə Əliyevanın ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Keçidlər