Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda elektromobillər üçün şarj stansiyası quraşdırılıb

06 aprel 2026 | 16:53

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) müraciəti əsasında "Azərişıq" ASC tərəfindən quraşdırılan elektromobillər üçün şarj stansiyaları Bakı-Qazax-Gürcüstan avtomobil yolundan Şəmkir şəhərinin giriş hissəsində və şəhərin mərkəzi dairəsində (Şəmkir Olmpiya İdman Kompleksinin qarşısı, Bayraq Meydanının arxası) yerləşir. Şəmkir Elektrik Şəbəkəsindən bildirilir ki, şarj stansiyaları artıq fəaliyyət göstərir və sürücülər tərəfindən istifadə olunur.
O da bildirilir ki, elektromobillərin sayının artması, onların problemsiz hərəkətini təmin etmək məqsədilə gələcəkdə Şəmkir rayonunda şarj stansiyalarının sayının artırılması planlaşdırılır.

Keçidlər