Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda Dövlər Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib

24 iyun 2024 | 14:51
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH kollektivi əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təşkil olunan toplantıda RİH başçısı Rəşad Tağıyev çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibətlə təbrik edib.
İcra başçısı bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Qeyd olunub ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində isə ölkəmizin qüdrəti gündən-günə artmaqdadır.
Bütün dövlət qulluqçularını bir daha təbrik edən Rəşad Tağıyev bildirib ki, dövlət qulluğunda çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu dövlət başçımızın etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.
Tədbir çərçivəsində dövlət qulluğunda fərqlənən əməkdaşlar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif ediliblər.
Keçidlər