Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

04 noyabr 2022 | 14:09
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Millət vəkili Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının, təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə şanlı Ordumuzun göstərdiyi şücaətdən, Prezident-xalq-ordu birliyindən söz açıb. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin şanlı səhifəsi olduğunu diqqətə çatdıran icra başçısı, bu qəhrəmanlıq salnaməsini qanları, canları ilə yazan şəhidlərimizin ailələrinin, qazilərin, veteranların hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.
İcra başçısı vurğulayıb ki, Vətənin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramın kiçik bir təzahürüdür.
Daha sonra şəhid ailələri və övladları üçün mədəniyyət işçilərinin, dərnəklərin, məktəb və körpələr evi-uşaq bağçalarının bədii kollektivlərinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, uşaqlar üçün xüsusi əyləncəli proqramlar təqdim olunub.
Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər