Şəmkir rayonunda 781 milyon 35,2 min manatlıq məhsul istehsal edilib.
04 dekabr 2025 | 16:31
Kənd təsərrüfatı məhsullarının həcminə görə Respublikamızda birinci yerdə olan Şəmkirdə bu sahənin inkişafı cari ildə də davam edir.
Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-sentyabr ayları üzrə açıqladığı göstəricilərə əsasən Şəmkir rayonunda 781 035,2 min manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Kənd təsərrüfatı məhsullarının həcmində bitkiçiliyin payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artaraq 87 faizə, heyvandarlığın payı isə 12,7 faiz artaraq 13 faizə çatmışdır. Меньше






