Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 2024-cü ildə də ÜMB-nin həcminə görə üğurlu nəticələr əldə etmək planlaşdırılır

24 may 2024 | 09:33

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-mart ayları ərzində Şəmkir iqtisadiyyatının əsas sahələrində məhsul buraxılışının həcminə dair məlumatları açıqlayıb.  Göstəricilər iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrini əhatə edir. 
İqtisadi göstəricilərini ildən-ilə yaxşılaşdıran Şəmkir rayonunda cari ildə də ölkə üzrə uğurlu nəticələr əldə etmək planlaşdırılır.
Bu məqsədlə rayonda fəaliyyət göstərən həmin sahə üzrə bütün istiqamətlərə lazımi dövlət dəstəyi göstərilir, xüsusilə özəl sektoru təmsil edən sahibkarların, fermerlərin mövcud problemlərinin aradan qaldırılması üçün onlarla mütəmadi görüşlər keçirilir.
Görülən işlərin nəticəsidir ki, 2023-cü ilin rəqəmlərinə əsasən Şəmkir siyahıda Bakı, Sumqayıt şəhərləri, Abşeron, Laçın rayonları və Gəncə şəhərindən sonra 6-cı yerdə qərarlaşmışdı.
2024-cü ilin yanvar-mart aylarını əhatə edən müddət ərzində Şəmkir rayonunda 1345949,8 min manat həcmində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Cari ilin birinci rübündə məhsul buraxılışının hər nəfərə düşən həcmi 618,8 manat təşkil etmişdir.
Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 58,1 faiz, xidmət sahələrinin xüsusi çəkisi 41,9 faizdir.
Yanvar-mart ayları ərzində ümumi məhsul buraxılışının 88,1 faizi iqtisadiyyatın qeyri-dövlət sektorunun, 11,9 faizi isə dövlət sektorunun payına düşmüşdür.
Bununla yanaşı qeyd etmək istəyirik ki, 2023-cü ilin məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının həcminə görə respublikanın inzibati ərazi vahidləri arasında birinci yerdə olan Şəmkir rayonunda cari ilin yanvar-mart ayları ərzində 46682,7 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.

Keçidlər