Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 20 oktyabr – Energetiklər Günü qeyd olunub

20 oktyabr 2025 | 13:17
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Rüfət Sahibsoyun da iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə şəhərinin mərkəzində yerləşən Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rüfət Sahibsoy əlamətdar gün münasibətilə energetikləri təbrik edərək, bu günün özünəməxsus tarixi əhəmiyyətindən danışıb.
İcra başçısının müavini Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verildiyi tarixin ölkə başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə energetiklərin peşə bayramı günü kimi təsis edilməsini dövlətin energetika sektorunda çalışan insanların əməyinə qiyməti kimi dəyərləndirib.
Digər natiqlər də çıxışlarnda energetiklərə səmərəli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar.
Energetiklər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Keçidlər