Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 17 iyun - Tibb İşçilərinin Peşə Günü münasibətilə tədbir keçirilib

20 iyun 2024 | 17:48
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, RİH-in məsul əməkdaşları, Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbər heyəti və tibb işçiləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin akt zalında keçirilən tədbirdə çıxış edənlər bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıblar.
Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir.
Tədbirin sonunda bir qrup tibb işçisi RİH başçısının Fəxri Fərmanı ilə təltif olunub, hədiyyələr təqdim edilib.
Keçidlər