Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.

17 iyun 2022 | 16:41
Tədbirdən öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, RİH-nin məsul şəxsləri, RMX Publik hüquqi şəxsin rəhbər və həkim heyyəti Ulu Öndərin abidəsi önünə tər gül dəstələri düzüb, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Rəşad Tağıyev bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Bu gün Ulu Öndərin həyata keçirdiyi islahatları Prezident cənab İlham Əliyev uğurla davam etdirir, bölgələrdə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
Keçidlər