Şəmkir rayonunda 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilib.
01 noyabr 2025 | 18:01
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallının da iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə gül qoyublar.
Süleyman Zeynallı kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident Cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub. Bu gün Şəmkir də kənd təsərrüfatı sahəsində ölkəmizdə öncüllər sırasındadır. Hazırda rayonumuzda iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub






