Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib

01 iyun 2023 | 17:15
Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Təhsil Sektorunun birgə təşkil etdiyi tədbirdə şəhid və qazi övladları, 2022-2023-cü tədris ilində rayon üzrə fərqlənən şagirdlər, müəllimlər, azyaşlılar və valideyinləri iştirak ediblər.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü tədbiri Dövlət Himnimizin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib, bu günün yaranması tarixindən, tədbirin əhəmiyyətindən bəhs edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb.
İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir: "Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir".
Rəşad Tağıyev dövlət siyasətindən yararlanaraq Şəmkir rayonunda da uşaqların təlim-tərbiyəsi, təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Tədbirin bədii hissəsində məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin bədii kollektivlərinin ifasında musiqilər, səhnəciklər təqdim olunub.
Sonda 2022-2023-cü tədris ilində təhsildə və idmanda rayon üzrə fərqlənən şagirdlər, onların müəllimləri RİH başçısının Fəxri Fərman və Təşəkkürnaməsi ilə təltif ediliblər.
Keçidlər