Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 𝐇𝐞𝐦𝐨𝐝𝐢𝐚𝐥𝐢𝐳 𝐬̧ö𝐛ə𝐬𝐢 fəaliyyətə başlayıb.

16 iyun 2023 | 17:40
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb.
Hemodializ şöbəsində müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb.
Kəskin və xroniki böyrək çatışmazlığı zamanı xəstələrin mərkəzdə müalicəsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün 10 çarpayı ilə fəaliyyətə başlanılıb.
Qeyd edək ki, bundan öncə rayonumuzda olan hemodializ xəstələri ölkəmizin digər xəstəxanalarına müraciət edirdilər.
Vətəndaşlara keyfiyyətli tibbi xidmət üçün Hemodializ şöbəsində “Fresenius Medikal Care” cihazları, su təmizləmə sistemi (osmos tipli 2000) və dializ məhlulunu hazırlayan “Gramomix 2018” sistemi quraşdırılıb.
Hemodializ şöbəsində “Fresenius Medikal Care” cihazları, su təmizləmə sistemi (osmos tipli 2000) və dializ məhlulunu hazırlayan “Gramomix 2018” sistemi quraşdırılıb.
Keçidlər