Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

24 sentyabr 2025 | 16:18

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur xanım Abdullayeva, Yeni Azərbaycan Partiyasının Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının əməkdaşları, xəstəxananın heyyəti, tibb işçiləri, şəhid ailələri iştirak ediblər.
Tədbirdə çıxış edən Aynur Abdullayeva 27 Sentyabr Anım Gününün Azərbaycan xalqı üçün şərəf və qürur günü olduğunu qeyd edib. Bildirib ki, bu tarix Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək və onların fədakarlığını gələcək nəsillərə çatdırmaq baxımından böyük mənəvi dəyərə malikdir.
YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev öz nitqində 1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi çətinliklərdən bəhs edərək, dövlətçiliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Ümummilli Lider Heydər Əliyev siyasi irsinin bu gün də Azərbaycan Respublikasının inkişaf strategiyasının təməlini təşkil etdiyini və ölkəmizin suveren, güclü və müasir bir dövlətə çevrilməsində əhəmiyyətli rol oynadığını bildirib.
Həmçinin, 2020-ci ilin sentyabrında baş vermiş və 44 gün davam edən Vətən Müharibəsinə xüsusi yer ayıraraq, Azərbaycan Ordusunun, xalqın birliyi, dövlətin gücü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə tarixi ədaləti bərpa olunmasına nail olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də Vətən müharibəsi zamanı yaşadıqları təcrübələrini bölüşərək, bu qələbənin asan başa gəlmədiyini, yüzlərlə qəhrəman övladımızın canı və qanı bahasına əldə edildiyini vurğulamışlar. Çıxışı edən hər natiq şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin bədii hissəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Biz” adlı tarixi-sənədli filminə baxış keçirilib.

Keçidlər