Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev WUF13-də iştirak edir
Bakıda davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bu gün üçüncü gününə strat verilib.
Gün ərzində ümumilikdə 160-dan çox tədbirin keçirilməsi nəzərdə tutulur və tədbirlərdə müxtəlif mövzularda müzakirələr aparılır, problemlərlə bağlı həll yolları təklif edilir.
Müxtəlif ixtisas sahələrini əhatə edən panel müzakirələri, konfranslar və sessiyalarda müasir şəhərsalma problemləri müzakirə edilir, həll yolları axtarılır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev forum çərçivəsində keçirilən müvafiq tədbir və konfranslarda iştirak edir. Həmin tədbirlərdə şəhərlərin dayanıqlı inkişafi, müasir şəhərsalma və yaşayış mühitinin yaxşılaşdırılması sahəsindəki məsələlər haqqında müzakirələr aparılır.
Qeyd edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.
Əlavə edək ki, WUF13, dünyanın 170-dən çox ölkəsindən dövlət nümayəndələrini, şəhər rəhbərlərini, mütəxəssisləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən qlobal əhəmiyyətli bir platformadır.






