Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini qəbul edib.
İcra başçısı vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən RİH-in, idarə, müsəssisə və təşkilatların nümayəndələrinə tapşırıqlar verib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər işlə təmin olunma, suvarma suyu ilə təminat, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, sosial təminat və digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.
Onu da bildirək ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları keçirilən bütün qəbullarda növbədənkənar iştirak edirlər.