Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev gənclərlə növbəti görüş keçirib

09 iyun 2022 | 10:06
Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin məsul şəxslərinin, müxtəlif sahələri təmsil edən ictimai fəallığı ilə seçilən gənclərin iştirak etdiyi görüşdə çıxış edən Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında və Şəmkir rayonunda aparılan gəncləşmə siyasətindən, gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən danışıb.
Görüş çərçivəsində icra başçısı gənclərlə Şəmkir rayonunda 2022-ci ilədə görüləcək işlər, qarşıya qoyulan məqsədlərlə bağlı müzakirələr aparıb.
Bildirib ki, qarşıya qoyulmuş məqsədlər əvvəlcədən tərtib olunmuş İş Planına uyğun şəkildə aparılır. Bu işlərin bir parçası da rayonda yaşayan gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak etməsinin təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi və digər məsələlərlə bağlıdır.
Rəşad Tağıyev qeyd edib ki, planlı şəkildə görüləcək bu işlərdə gənclər də fəal olmalıdır.
Daha sonra gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildiriblər. Görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, yaxın gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı müzakirələr edilib.
Gənclər adından çıxış edənlər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı, istedadlı və savadlı gənclər üçün hər bir şərait yaradıldığını qeyd ediblər.
Sonda icra başçısı bu kimi görüşlərin mütəmadi keçiriləcəyini və rayonun bütün fəal gənclərinin bu müzakirələrə qoşulacağını xüsusi vurğulayıb.
Keçidlər