Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Atabəy kəndində sakinlərlə səyyar qəbul keçirib.
30 iyun 2022 | 18:43
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda Rəşad Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması bölgələrimizin inkişafına da müsbət təsir göstərib. Belə ki, regionlarda, eyni zamanda Şəmkir rayonunda infrastruktur layihələri həyata keçirilib, əhalinin maddi rifahı yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlər görülüb.
Rəşad Tağıyev səyyar qəbul zamanı sakinlərə Şəmkir rayonunda aparılan tikinti-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin müraciətləri həssaslıqla dinlənilib,
səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.