Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətini başa vuran gənclərlə görüş keçirildi.

03 sentyabr 2025 | 18:18

Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Süleyman Zeynallı ölkəmizdə, o cümlədə Şəmkir rayonunda gənclərə göstərilən diqqətdən, onların inkişafı üçün görülən işlərdən danışaraq bildirdi ki, RİH-də gənclərin könüllü kimi fəaliyyətinə hər zaman şərait yaradılır, onların praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılması üçün dəstək göstərilir.
Könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünya görüşünün genişlənməsində rolunu vurğulayan birinci müavin gənc könüllülərin rayonun ictimai həyatında, RİH-in fəaliyyətində mühüm rol oynadıqlarını bildirib.
Görüşdə çıxış edən könüllülər İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını, bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd edib və onlar üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda könüllü gənclərə RİH başçısının birinci müavini Süleyman Zeynallı və İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva tərəfindən xüsusi sertifikatlar təqdim edilib, onlara həyatda və gələcək işlərində uğurlar arzulanıb.

Keçidlər