Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirildi.

11 fevral 2026 | 15:13

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görüşdə rayonumuzun ictimai-siyasi həyatında ağsaqqalların fəal rolundan bəhs etdi, ağsaqqallara, eləcə də zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyac olduğunu bildirdi.
Bu gün Şəmkirin inkişafı, yüksəlişi üçün öz təcrübələrini əsirgəməyən ziyalılara təşəkkürünü bildirən icra başçısı ötən il rayonda görülən işlər, həyata keçirilən layihələr haqda danışdı, qarşıda duran məqsədlər barədə rayon ağsaqqallarına məlumat verdi.
Bildirdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Şəmkir rayonunda böyük tikinti-quruculuq işləri aparılır: “Bütün bu işlərin davamı olaraq 2025-ci ildə cənab Prezidentin müvafiq fərmanı əsasında 20 min nəfər əhalinin yaşadığı Şəmkir rayonunun 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə artıq başlanılıb. Həmçinin ötən il rayon İcra Hakimiyyəti tərəfindən Şəmkir şəhərinin 5 küçəsində ümumi uzunluğu 4 km olan avtomobil yollarında yeni asfalt örtüyü salınıb, 6,9 km yolda isə cari təmir işləri aparılıb”.
İcra başçısı yol infrastrukturunun yenilənməsi il yanaşı Şəmkirin tarixi mərkəzi də daxil olmaqla 9 küçədə və parklarda abadlıq-quruculuq işlərinin aparıldığını, idman qurğuları, uşaq əyləncə meydançaları quraşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, rayon ərazisində ötən il 237 yaşayış binasının dam örtükləri əsaslı təmir olunaraq dəyişdirilib.
Şəmkir rayonunda Ağsaqqallar Şurası ilə birgə görülən işlərdən də danışan Rəşad Tağıyev qeyd etdi ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev ağsaqqallara daim dərin ehtiram bəsləyib, qayğı ilə yanaşıb və hazırda bu ənənə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ağsaqqallar Şurasının dəstəyi ilə Şəmkirdə yas mərasimlərinin sadələşdirilməsi, israfçılığa yol verilməməsi ənənəsinin formalaşdığını bildirən icra başçısı bu istiqamətdə həm ziyalılar, həm din xadimləri, həm də ictimaiyyət nümayəndələrinin apardığı təbliğati işlərə görə də təşəkkürünü bildirib.
Çıxış edən Ağsaqqallar Şurasının üzvləri ölkəmizdə eləcə də Şəmkir rayonunda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirib, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti cənab İlham Əliyevə Şəmkir ağsaqqalları adından dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər