Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir komandası zona yarışının qalibi oldu

23 aprel 2024 | 16:00
Aprelin 22-si Gəncə şəhərində “Şahin” hərbi-idman oyununun Gəncə-Daşkəsən, Qazax-Tovuz və Şərqi Zəngəzur V zona mərhələləri yekunlaşıb.
Oyun ərzində əsasnaməyə uyğun olaraq iştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.
Qiymətləndirməyə əsasən, ən yüksək bal toplayan Şəmkir, Samux və Naftalan rayon komandaları ardıcıl olaraq ilk üç yerə layiq görülüblər.
Gənclərin vətənpərvərlik tərbiyəsində böyük rolu olan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, Şanlı Zəfər tarixinin təbliğidir.
Qeyd edək ki, bu il oyunun final Lənkəran şəhərində keçiriləcək.
Keçidlər