Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir KMK-nın təmir işləri aparılan inzibati binasina və yeni alınmış avtomobilə baxiş keçirildi

17 fevral 2024 | 10:36

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkir Kommunal Müəssisələr Kombinatına baxış keçirərək görülən işlərlə tanış olub.
İcra başçısına əvvəlcə Kommunal Müəssisələr Kombinatı tərəfindən alınmış yeni özüboşaldan yük avtomobili təqdim olunub. Qeyd olunub ki, bu 2023-cü il ərzində Kombinat tərəfindən alınmış ikinci nəqliyyat vasitəsidir. Daha öncə alınmış xüsusi tipli tullantı daşıyan avtomobilin şəhərin təmizliyinin təmin olunmasında əhəmiyyəti vurğulanaraq, yeni texnikanın istismara verilməsi ilə Kombinatın bu sahədəki fəaliyyətinin əhatə dairəsinin genişləndiriləcəyi və təkmilləşdiriləcəyi bildirilib.
Rəşad Tağıyev həmçinin Kommunal Müəssisələr Kombinatının inzibati binasında aparılan təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, kollektivə uğurlar arzulayıb.
Şəmkir Kommunal Müəssisələr Kombinatının tərkibində yaradılan istehsal sahəsinə baş çəkən rayon İcra Hakimiyyətinin başçısına məlumat verildi ki, 2022-ci ildən etibarən fəaliyyət göstərən sahədə tullantı konteynerlərinin istehsalı davam etdirilir. Ötən müddət ərzində Kombinatda 462 ədəd müasir standartlara cavab verən 1,1 m3-lik konteynerlər istehsal olunub və mərhələli şəkildə Şəmkir şəhərinin ərazisində yerləşdirilməkdədir. Hər bir konteynerin yerləşdirilməsi zamanı müvafiq normalara uyğun olaraq ara məsafəsi müəyyən olunur, eyni zamanda xüsusi meydançalar yaradılır.
Bildirilib ki, ən yaxın vaxtlarda Şəmkir şəhərinin tullantı konteynerlərinə olan tələbatının tam təmin olunması planlaşdırılır. Bundan sonra isə rayonun qəsəbələrində və böyük kəndlərində də konteynerlərin yerləşdirilməsi nəzərdə tutulur.
Kommunal Müəssisələr Kombinatının fəaliyyətini yüksək qiymətləndirən RİH başçısı Rəşad Tağıyev xidmət keyfiyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Keçidlər