Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir KMK-nın kommunal təyinatlı yeni texnikalarına baxış keçirildi

10 aprel 2026 | 11:00

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı ərazilərin təmizlənməsi, tullantıların toplanması və daşınması işləri də daim diqqət mərkəzində saxlanılır. Cari ildən etibarən Şəmkir Kommunal Müəssisələr Kombinatının xidməti dislokasiyası genişləndirilmiş və artıq rayonun Dəllər, Çinarlı, Zəyəm və Kür qəsəbələrində də xidmət təşkil olunmuşdur. Bununla əlaqədar müəssisənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlər aparılır.
RİH başçısı Rəşad Tağıyev tərəfindən sözügedən işlər çərçivəsində alınnmış yeni texnikalara baxış keçirildi. İcra başçısına məlumat verildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən quruma bunkerinin tutumu 22 m3 olan 2 ədəd MAZ markalı kommunal təyinatlı xüsusi texnika verilmişdir.
Texnikaların yaxın günlərdə istismara veriləcəyi, bununla da tullantıların toplanması və daşınması sahəsində fəaliyyətin daha effektiv təşkil olunacağı qeyd olundu.
RİH başçısı Rəşad Tağıyev son illər ərzində alınmış texnika və nəqliyyat vasitələrinin qurumun fəaliyyətində müsbət dönüş yaratdığını bildirdi, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılmasının, çevikliyin təmin olunmasının zəruruliyini qeyd edərək bu istiqamətdə müvafiq tapşırıqlar verdi.

Keçidlər