Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir kənd təsərrüfatı məhsullarının həcminə görə ölkədə 1-ci, ümumi məhsul buraxılışının həcminə görə 6-cıdır.

29 mart 2024 | 09:47

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 2023-cü il üzrə ilkin məlumatlara əsasən ölkənin iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışının həcminə dair məlumatları açıqlayıb. Göstəricilər iqtisadiyyatın sənaye, kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrini əhatə edir. İqtisadi göstəricilərini ildən-ilə yaxşılaşdıran Şəmkir rayonu sözügedən siyahıda Bakı, Sumqayıt şəhərləri, Abşeron, Laçın rayonları və Gəncə şəhərindən sonra 6-cı yerdə qərarlaşıb.

Məlumat üçün bildiririk ki, 2023-ci il ərzində Şəmkir rayonunda 1158045,4 min manat həcmində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 6,6 faiz çoxdur. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi 2022-ci ilin yanvar-dekabr aylarına olan göstəriciyə nisbətdə 10,7 faiz artaraq 5329,60 manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 79,4 faiz, xidmət sahələrinin xüsusi çəkisi 20,6 faizdir. 2023-cü il ərzində ümumi məhsul buraxılışının 71,8 faizi iqtisadiyyatın qeyri-dövlət sektorunun, 28,2 faizi isə dövlət sektorunun payına düşmüşdür.

Bununla yanaşı qeyd etmək istəyirik ki, 2023-cü ilin məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının həcminə görə rayonumuz respublikanın inzibati ərazi vahidləri arasında lider mövqeyindədir.

Məlumat üçün bildiririk ki, Şəmkir rayonunda 2023-cü il ərzində 746757,3 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz çoxdur. Bu sahədə məhsul istehsalının 81,3 faizi bitkiçilik, 18,7 faizi isə heyvandarlıq sahəsinin payına düşmüşdür.

Keçidlər