Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir iqtisadiyyatı 2026

12 may 2026 | 11:27

Dövlət Statistika Komitəsinin 2026-cı ilin 1-ci rübü üzrə açıqladığı məlumatların təhlili göstərir ki, Şəmkir rayonunda iqtisadiyyatın inkişafı davam edir. 

2026-cı ilin yanvar-mart aylarında Şəmkir rayonunda ümumi məhsul buraxılışın həcmi 159 632,3 min manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur.

Sevindirici haldır ki, dövlət tərəfindən sahibkarlığın inkişafı istiqamətində görülən işlər Şəmkir iqtisadiyyatında da öz real nəticələrini verməkdədir. Belə ki, ümumi məhsul buraxılışının həcmində özəl sektorun payı artaraq 87,4 faiz təşkil edib. ÜMB-nin strukturunda istehsal sahələrinin xüsusi çəkisi 58,8 faiz, xidmət sahələrinin çəkisi isə 41,2 faiz olub.

Respublikanın ən iri aqrar rayonu olan Şəmkirdə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərdə kənd təsərrüfatının payı 38,3 faiz, sənayenin payı 20,0 faiz, ticarət sahəsinin payı isə 39,0 faiz təşkil edib.

Xatırladırıq ki, 2025-ci ilin yekunlarına əsasən Şəmkir rayonu ümumi məhsul buraxılışının həcminə görə Qazax-Tovuz iqtisadi rayonunda liderliyini qorumaqla respublika üzrə 7-ci sırada qərarlaşıb.

Keçidlər