Şəmkir idmançıları Azərbaycan çempionatını iki gümüş, iki bürünc medalla bitirdilər
11 iyun 2022 | 09:47
İyun ayının 6-dan 10-dək Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatı keçirilib.
Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan birincilikdə Şəmkir rayonunu təmsil edən Şəmkir Gənclər İdman İdarəsinin UGİM-nin idmançıları da çıxış ediblər.
Yarışda sərbəst güləşçilərimizdən Namiq Ələsgərov 85 kq çəki dərəcəsində finalda məğlub olaraq gümüş medal qazanıb.
Yunan-roma güləşçilərimizdən isə Vəfadar Mustafayevin tələbələri - Ayxan Əliyev 68 kq çəki dərəcəsində 2-ci, Cavidan Mirzəzadə (52 kq) və Aymir Rüstəmov (75 kq) isə 3-cü yerin sahibi olublar.
İlk 3 yeri tutan güləşçilər Güləş Federasiyasının medalları, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib. Bundan başqa, çempionlara MOK-un xüsusi hədiyyələri təqdim olunub.